İspaniyanın hüquq-mühafizə orqanları Menorka adasında “Mançester Yunayted” futbol klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun şəxsi təyyarəsini saxlayıb.
Azpost.info xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.
Məlumata görə, təyyarənin saxlanılmasına futbolçunun cangüdəninin yaratdığı qalmaqal səbəb olub. O, metal detektordan keçərkən prosesin çox uzun çəkməsinədn narazı qalıb və nalayiq ifadələr işlədib. Nəticədə hava limanının mühafizəsi polis çağırmalı olub.
Azpost.info