“Taxıl məsələsi tezliklə həllini tapacaq, prosesə İstanbuldan nəzarət ediləcək”- ƏRDOĞAN

“Türkiyə BMT-nin taxıl planının yaxın günlərdə həyata keçiriləcəyini gözləyir”.

Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bildirib ki, taxılla bağlı memorandum bu həftə Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndə heyətlərinin görüşündə imzalana bilər: “Ötən həftə İstanbulda keçirilən texniki iclasda BMT-nin planı çərçivəsində prosesin əsas istiqamətləri üzrə razılıq əldə olunub. Bu həftə biz bu memorandumu yazılı mətnə bağlamaq istəyirik”.

Türkiyə prezidenti taxıl ixracı prosesinə İstanbuldakı mərkəzdən nəzarət ediləcəyini də bildirib: “Proses İstanbulda yaradılacaq koordinasiya mərkəzindən həyata keçiriləcək. Burada ölkəmizlə yanaşı, Rusiya, Ukrayna və BMT rəsmiləri də iştirak edəcək”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.