Boris Conson NATO-nun Baş katibi olacaq? - “The Telegraph” detalları açıqladı

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson gələn il NATO Baş katibi postu uğrunda mübarizə aparmaq niyyətindədir.

Azpost.info xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti Britaniya parlamentinin müdafiə komitəsinin üzvlərinə istinadən yazır.

Nəşr Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı fonunda Consonun Qərbin anti-Rusiya kampaniyasının “mərkəzində” olmasına diqqət çəkib. Bundan başqa, Britaniyanın Avropa İttifaqından çıxması üzrə keçmiş nazir Devid Consun sözlərinə görə, İsveç və Finlandiyanın  Alyansa üzvlük üçün müraciət etmək qərarına məhz Conson təsir edib.

Mühafizəkar deputat Riçard Draks deyib ki, əgər Conson həqiqətən də bu posta namizədliyini irəli sürəcəksə, onu dəstəkləyəcək.

Qəzet yazır ki, Consonun bu vəzifəyə namizədliyi irəli sürülsə, onu Kiyev rejimi də dəstəkləyəcək. Bunu parlamentin müdafiə komitəsinin üzvü Mark Fransua da təsdiqləyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.