Xırdalanda yaşayış binasında partlayış baş verib –2 nəfər xəsarət alıb/ FHN /YENİLƏNİB

Xırdalanda baş yaşayış binasında baş verən partlayışda iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, yaralılar Abşeron Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

**

Fövqəladə Hallar Nazirliyi Xırdalanda baş verən partlayışla bağlı məlumat yayıb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, qurumun “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verməsi barədə məlumat daxil olub.

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

**

Xırdalan şəhərində yaşayış binasında partlayış baş verib.

Hadisə Xırdalan şəhərində yerləşən hündürmərtəbəli binanın birinci mərtəbəsində olub.

İlkin məlumata görə, hadisəyə qaz sızması səbəb olub.

Aidiyyəti qurumlar hadisə yerinə cəlb olunub.

Ətraflı məlumat veriləcək. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.