Finlandiyanın Baş naziri Sanna Marin dostları ilə əyləncə məclisindən çəkilən video qalmaqalı ilə bağlı narkotik testindən keçməyə razılıq verib.
Azpost.info xəbər verir ki, bu barədə jurnalistlərə Marin özü məlumat verib.
“Mənim gizlədəcək heç nəyim yoxdur. Heç vaxt narkotik qəbul etməmişəm, ona görə də bu testlərdən keçməkdə heç bir problemim yoxdur. Lakin bunun tələb olunması mənə gülünc görünür”, – Baş nazir deyib.
Sanna Marin videoda qınağa səbəb olacaq bir şey görmədiyini də deyib. O qeyd edib ki, əsas dövlət vəzifələrini adi insanlar tutur və onlar da hamı kimi adi həyat sürürlər.
Azpost.info