“Krım Ukraynanın bir hissəsi olmalıdır”.
Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın bildirib.
“Rusiyanın Krımı ilhaq etməsi qanunsuzdur və Türkiyənin bu məsələdə mövqeyi 2014-cü ildən bəri dəyişməyib. Krım Ukraynanın bir hissəsidir, bu, Moskva və Kiyev arasında bağlanacaq istənilən razılaşma üçün əsas olmalıdır”, – Kalın CNN-ə müsahibəsində deyib.
Ərdoğan da Kiyevdə keçirilən Krım Platformasının onlayn sammitinin iştirakçılarına videomüraciətində bir daha Krım yarımadasının Ukraynaya qaytarılmalı olduğunu qeyd edib.
Eyni zamanda Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin Krımı istənilən yolla geri qaytaracağına əmin edib.
Azpost.info