Liz Tras Britaniyanın yeni Baş naziri oldu - Nəticələr elan edildi

Böyük Britaniyanın Baş naziri və Mühafizəkarlar Partiyasının yeni lideri ölkənin xarici işlər naziri Liz Tras oldu.

Azpost.info xəbər verir ki, bu barədə Londonda keçirilən mərasimdə Mühafizəkarlar Partiyasının sədri Endryu Stivenson və partiyanın rəhbər komitəsinin rəhbəri Qrem Bredi məlumat verib.

Mühafizəkarların lideri seçkiləri sentyabrın 2-də başa çatıb. 170 minə yaxın partiya üzvü poçtla səs verib, nəticələr sentyabrın 5-dək hesablanıb.

Nəticələrin elan edilməsi mərasimi Böyük Britaniya paytaxtının mərkəzində yerləşən Kraliça II Yelizaveta Konqres Mərkəzində parlamentarilərin və Lordlar Palatasının üzvlərinin iştirakı ilə “Sky News” kanalı tərəfindən yayımlanıb.

Qeyd edək ki, Liz Tras səslərin 57, 4 faizini toplamaqla rəqibini – Britaniyanın keçmiş maliyyə naziri Rişi Sunakı geridə qoyaraq seçkinin qalibi olub.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.