Kraliça bir həftə sonra dəfn ediləcək- “The Times” detalları AÇIQLADI

Hazırda Britaniyanın mərhum Kraliçası II Elizabetin cəsədi olan tabut onun dünyasını dəyişdiyi Balmoral qəsrinin böyük salonundadır.

Azpost.info xəbər verir ki, bu barədə “The Times” yazır.

“Bu gün, sentyabrın 10-da II Elizabetin cənazəsi Edinburqdakı Holyrood sarayına aparılacaq və Şotlandiya xalqının mərhum monarxla vidalaşa bilməsi üçün taxt otağına qoyulacaq. Daşınma zamanı qurğuşun tabutdan istifadə edəcəklər. Bu, Britaniya kral ailəsinin ənənəsidir və cəsədi uzun müddət yaxşı vəziyyətdə saxlamaq üçün edilir”, – məlumatda bildirilir.

Bazar günü kral III Çarlz Şotlandiyanın paytaxtına gələcək. Yeni monarxın Edinburq Katedralındakı dəfn mərasiminə rəhbərlik edəcəyi gözlənilir.

Bazar ertəsi, sentyabrın 12-də vida mərasimi başa çatdıqdan sonra II Elizabetin cənazəsi qatarla Londona aparılacaq ki, çərşənbə axşamı artıq Bukingem sarayının taxt otağında olsun. Sonra o, Vestminster sarayına aparılacaq ki, hamı monarxa son ehtiramını bildirsin.

Cümə axşamı II Elizabetin tabutunun yanında onun uşaqları olacaq.

Dəfn mərasimi gələn bazar günü, sentyabrın 18-də keçiriləcək. Vestminster sarayı səhər saat səkkizin yarısında ictimaiyyət üçün bağlanacaq və bir saat sonra kraliçanın tabutu atlı cənazə maşınına qoyulacaq.

Saat 16:00-da tabut dəfnin baş tutacağı Vindzor qəsrinə aparılacaq. Arxiyepiskopun xeyir-duası və “Tanrı Kraliçanı qorusun!” himni altında cəsəd zirzəmiyə endiriləcək. Bundan əvvəl krallığın zərgəri tabutdan kral reqaliyasını (tac, əsa) götürəcək.

Bazar günü axşam kral ailəsinin üzvləri özəl mərasim zamanı mərhumla vidalaşa biləcəklər.
Ehtimal olunur ki, II Elizabet valideynləri və bacısının qalıqları ilə birlikdə Kral VI Georqun xatirə memorialında dəfn olunacaq.

II Elizabet və onun həyat yoldaşı Şahzadə Filipp üçün xüsusi məqbərənin tikiləcəyi də istisna edilmir.

Azpost.info

Əvvəlki məqalə

“Rusiya ordusu Kupyansk şəhərindən geri çəkilib” –

Sonrakı məqalə

Şeyxülislam Qazaxıstana gedir –