SEPAH-ın komandanı:“ABŞ cavab versəydi, hərbi bazasını və gəmilərini vuracaqdıq” 

İki min kilometr məsafəyə qədər ABŞ-ın bölgədəki bütün hərbi baza və gəmiləri İran raketlərinin hədəfindədir.

Bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun Hərbi Hava Qüvvələri (HHQ) komandanı general-mayor Əmir Əli Hacızadə bildirib.

General deyib ki, İran İslam İnqilabı Keşikçilər Korpusu ABŞ pilotsuz təyyarəsini vurduqdan sonra bu ölkənin Qətər və BƏƏ -dəki bazalarını, eləcə də Oman dənizində hərbi gəmisini hədəfə almışdı.  “Hava məkanımızı pozan  təyyarəni vurduğumuz üçün onlar cavab versəydilər, dərhal həmin hədəfləri vuracaqdıq. Onlar yenə cavab versəydilər, müharibə başlayacaqdı. Biz hava məkanımıza  1 metr belə təcavüz edilməsinə qarşı həssasıq, onların pilotsuz təyyarəsinin vurulması bir xəbərdarlıq idi”. (APA)

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir