2022-ci ilin ikinci kvartalında Azərbaycandan Rusiyaya 79 min miqrant gəlib.
Azpost.info bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin miqrasiya statistikasına istinadən “FinExpertiza auditor-konsaltinq şəbəkəsinin analitik xidmətinin açıqlamasında deyilir.
Analitik Mərkəzin hesabatına görə, bu müddət ərzində Rusiyaya pul qazanmağa 3,2 milyon nəfər gəlib. Bu, son altı ildə kvartal üzrə rekord göstərici sayılır.
Rusiyaya ən çox miqrant Özbəkistandan (49,6 faiz) və Tacikistandan (30,5 faiz) gəlirlər. Bu miqrantların 40 faizi Moskvada və Moskva ətrafında məskən salır.
Miqrant axını olan ölkələr bunlardır:
Özbəkistan – 1 milyon 544 min nəfər
Tacikistan – 953 min nəfər
Ermənistan –108 min 200 nəfər
Azərbaycan –79 min nəfər
Belarus –42 min nəfər
Qazaxıstan -34 min 900 nəfər
Çin – 32 min 200 nəfər
Ukrayna- 28 min 200 nəfər
Moldova – 17 min 200 nəfər.