Ermənistan-Azərbaycan sərhədində son qarşıdurmadan sonra ölən və itkin düşənlərin sayı 207-yə çatıb.
Azpost.info xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyanın sədrliyi ilə keçirilən Ermənistan Təhlükəsizlik Şurasının iclasının yekunlarına dair bəyanatda deyilir.
“Ölən və itkin düşənlərin sayı 207-yə çatır. O cümlədən üç mülki şəxs həlak olub, ikisi itkin düşüb. 293 hərbçi və üç mülki şəxs yaralanıb, 20 hərbçi əsir götürülüb”, – məlumatda bildirilir.
Azpost.info