Rusiya prezidenti Vladimir Putin xalqa bugünkü müraciətində Rusiyanı nüvə silahı ilə şantaj etməyə çalışanlara xəbərdarlıq edib.
Azpost.info xəbər verir ki, Putin şantajlara cavab olaraq “külək onların istiqamətinə dönə bilər”, – deyib.
“Rusiyanın ərazi bütövlüyünə təhlükə olarsa, bütün atəş vasitələri, o cümlədən nüvə silahından istifadə edəcəyik, bu, blef deyil”, – Putin bildirib.
O, Vaşinqtonun Ukraynanı hərbi əməliyyatları Rusiya ərazisinə keçirməyə vadar etdiyini deyərək bunu nüvə şantajı adlandırıb.
Azpost.info