“Rusiya nüvə silahından istifadə etsə, NATO müdaxilə etməyəcək”- MEDVEDEV

“Rusiyanın əvvəlcədən müəyyən edilmiş hallarda nüvə silahından istifadə etmək hüququ var”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“Rusiya üçün təhlükə müəyyən edilmiş həddi keçərsə, biz cavab verməli olacağıq. Bu, qətiyyən blef deyil”, – Medvedev bildirib.

Medvedev hesab edir ki, Rusiya nüvə silahından istifadə etməyə məcbur qalsa, NATO buna müdaxilə etməyəcək: “Təsəvvür edək ki, Rusiya dövlətimizin mövcudluğu üçün təhlükəli olan irimiqyaslı təcavüz aktı törətmiş Ukrayna rejiminə qarşı ən dəhşətli silahdan istifadə etməyə məcburdur. İnanıram ki, NATO belə vəziyyətdə belə, münaqişəyə birbaşa müdaxilə etməyəcək. NATO üçün Vaşinqton, London, Brüsselin təhlükəsizliyi Ukraynanın taleyindən qat-qat vacibdir”.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.