““Reket media” haqqında artıq keçmiş zamanda danışmaq istəyirik” –NATİQ MƏMMƏDLİ/VİDEO

“Azərbaycan jurnalistləri haqqında formalaşmış bəzi neqativ təzahürlər, xüsusən də “reket media” adlandırılan qeyri-peşəkar jurnalistika haqqında biz artıq keçmiş zamanda danışmaq istəyirik. Keçmişin problemləri bizim təmiz niyyətimizə, sistemli fəaliyyətimizə kölgə salmamalıdır”.

Bu fikirləri Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli “Real İntervyu”da çıxışı zamanı bilidirib.

“Jurnalistika sosial istirahət sferası deyil. Jurnalistləri etik məsuliyyəti ilə yanaşı cəmiyyəti məlumatlandırmaq kimi öhdəliyi vardır. Media Reyestrinin yaradılması həm jurnalistlərin informasiya təminatının yaxşılaşdırılması, həm də cəmiyyətdə nüfüzunun artırılması baxımdan öz töhfəsini verəcəkdir”, – deyə N.Məmmədli qeyd edib.

MEDİA Agentliyinin şöbə müdiri reyestrlə bağlı ən çox maraq doğuran sualları cavablandırıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.