İlqar Məmmədov seçkilərlə bağlı sorğunun nəticələrini açıqladı:“YAP üzərində  qələbə üçün bu hələ də azdır”

“Hazırda hər 100 vətəndaşdan 14-ü YAP-a səs verməyə hazırdır. 60 nəfər isə səsverməyə gedib-getməyəcəyini bilmir”.

Azpost.info bildirir ki, bu barədə REAL partiyasının sədri İlqar Məmədov keçirdikləri ictmiai rəy sorğusunun nəticələrinin təhlil edərək yazıb.

Onun sözlərinə görə, həmin 60 nəfər seçkiyə getməsə belə  YAP-ın düzgün seçkidə nəticələri dərhal 35 faizə qalxacaq: “Aydındır necə: səsverməyə qatılan 40 nəfər 100 faiz kimi götürüldükdə, 14 nəfər bunun 35 faizini təşkil edir”.

REAL sədri bildirib ki, Azərbaycanda heç vaxt 40 faiz seçici səsverməyə qatılmayıb:  “Ona görə, bəlkə də elan olunan bu iştirak səviyyəsi qismən həm də REAL-ın apardığı kampaniyanın səmərəsindən xəbər verir. Amma YAP üzərində inamlı qələbə üçün bu hələ də azdır”.

İ. Məmmədov deyib ki, REAL-ın seçiciləri iki yerə bölünüb – bir xeylisi iştirakda qərarlıdır, amma ən azından bir o qədəri də hələ qərarsızdır: “Əgər REAL boykot etsə (çətin!) və səsverməyə həmişəki qədər az seçici qatılsa, faiz baxımından YAP çox da geniş saxtakarlıq etməyəcək, çünki o 14 nəfər çoxluq demək olacaq. Bir az “müstəqillər”in xeyrinə saxtalaşdırarlar, bununla da məsələ bitər”.

REAL sədri vətəndaşı seçkiyə dəvət etmək çox vacib olduğunu qeyd edib: “Qələbə qazanmağın və qələbəni qorumağın birinci şərti kütləvi iştirakdır”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident və birinci xanım dünya çempionatının açılış mərasiminə gəldi –

Sonrakı məqalə

İlham Əliyev: