Kremldə yeni ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı müqavilələrin imzalanması mərasimi başlayıb.
Müqavilələr Ukraynanın “referendum” keçirilən 4 vilayəti ilə imzalanacaq. Rusiya Prezidenti Vladimir Putinin geniş çıxışı başlanıb.
Xatırladaq ki, sentyabrın 23-dən 27-nə qədər “Donetsk və Luqansk Xalq Respublikaları”nda, eləcə də Xerson və Zaporojye vilayətinin rusiyalı hərbçilərin nəzarətində olan hissəsində həmin ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı “referendum” keçirilib.