Marneulidə müəllim dərsi öyrənməyən şagirdlərini diz çökdürüb –Foto narazalıq yaradıb (FOTO)

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsinin Qırıxlı kənd ictmai məktəbində müəllimin şagirdlərini cəzalandırma metodu ictimaiyyətin narazılığına səbəb olub.

“Aktual.ge” portalı xəbər verir ki, kənd məktəbində gürcü dili fənnini tədris edən müəllim dərsə hazırlıqsız gəlmiş 4-cü sinif şagirdlərini diz çökdürərək cəzalandırıb və onların fotosunu çəkərək paylaşıb.

Müəllimin cəzalandırma metodu ictimai fəalların narazılığına səbəb olub və faktın araşdırılması tələb edilib.

Marneuli Resurs Mərkəzindən (maarif şöbəsi) faktın doğruluğu təsdiqlənib. (APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.