Gələn il siyasi partiyalara 5 milyon manat pul veriləcək

Gələn il siyasi partiyalara ayrılacaq maliyyə yardımının həcmi məlum olub.

Bu, Hesablama Palatasının 2023-ci il Dövlət büdcəsinin layihəsinə rəyində əksini tapıb.

Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi Zərfi”ndə əksini tapıb.

Sənədə əsasən, 2023-cü ildə siyasi partiyalara 5 milyon manat ayrılacaq.

Qeyd edək ki, siyasi partiyalara verilən maliyyə yardımı “malların (işlərin və xidmətin) satınalınması” bölməsinin “sair xərclər” maddəsində nəzərdə tutulmuşdusa, gələn il dövlət büdcəsində bu yardım “qeyri-dövlət müəssisələrinə subsidiyalar” üzrə nəzərdə tutulub.

Xatırladaq ki, 2022-ci ildə də siyasi partiyalara 5 milyon manat maliyyə yardımı ayrılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.