Maliyyə naziri gələn il üçün prioritetləri açıqlayıb

Samir Şərifov bu vəzifəyə
Samir Şərifov bu vəzifəyə

“Azərbaycanın 2023-cü il və sonrakı 3 il üçün büdcə layihələri Azərbaycanın 2030-cu ilədək olan sosial-iqtisadi inkişaf strategiyasının müəyyən etdiyi tələbləri özündə əks etdirir”.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, 2023-cü il və sonrakı 3 il üçün büdcəsində ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsi, Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri, azad olunmuş ərazilərə böyük qayıdışın təmin olunması kimi strateji hədəflər nəzərə alınıb: “Eyni zamanda Rusiya-Ukrayna müharibəsi, bir sıra ölkələrdə milli valyutaların ucuzlaşması, dünya bazarındakı volatillik də nəzərdən keçirilib. 2023-cü il və sonrakı 3 il üzrə dövlət büdcəsi iqtisadi artımı dəstəkləyən, həssas qrup əhalinin sosial müdafiəsi tədbirlərinin maliyyələşdirilməsinə yönəldilib. Prezidentimiz ölkəmizin ordu quruculuğunun daim müasirləşdirilməsini, müdafiə qabiliyyətinin yüksəldilməsini prioritet kimi qarşımıza qoyub”. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.