Lənkəranda naməlum adamlar 11-ci sinif şagirdini döyüblər

Lənkəranda XI sinif şagirdi döyülüb.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilib ki, Lənkəran rayonu Viyən kənd tam orta məktəbinin XI sinif şagirdi, 2006-cı il təvəllüdlü Qədirov İsmət Amil oğlu noyabrın 20-də axşam saatlarında naməlum şəxslər tərəfindən döyülüb. O, Lənkəran Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Valideynləri hadisədən xəbər tutan kimi, dərhal polis orqanlarına məlumat veriblər.

Şagirdin vəziyyəti orta-ağır qiymətləndirilir.

Əvvəlki məqalə

“Avropa İttifaqı Orta Asiyaya 100 milyard avro yönəldib” –

Sonrakı məqalə

“Maaşımın başqalarından fərqlənməsi ədalətsizlikdir”