İRANLA RƏQABƏT ARENASI –Səudiyyə Mərkəzi Asiyada niyə milyardlar xərcləyir?

Rusiyanın rolunun zəifləməsi fonunda Mərkəzi Asiya yeni iqtisadi tərəfdaşlar axtarır. Səudiyyə Ərəbistanı isə Qazaxıstana, Tacikstana və Türkmənistana sərmayələr qoymaqla İranı regiondan sıxışdırmağa cəhd edir. Bu isə Mərkəzi Asiyanı Əl-Riyad və Tehran arasında geopolitik münaqişənin meydanına çevirir.

Bununla bağlı “Al Jazeera”nın təhlilində deyilir.

Azpost.info təhlil yazınısı qısa ixtisarla oxucularına təqdim edir:

**

SSRİ dağıldıqdan sonra, 1990-cı illərin əvvələrində Ər-Riyad tərəddüd etmədən müsəlman regionunda öz dini təsirini genişləndirmək üçün Mərkəzi Asiya ölkələri ilə yaxınlaşmaq xətti götürdü. Bu, SSRİ-nin on illər davam edən ateist siyasətinin fonunda aktual idi. Odur ki, ilk illər Səudiyyənin gəlişi məscidlərin tikilməsi, dini məktəblərin qurulması, islam təhslinin maliyyələşdirilməsi və xeyriyyə təşkilatlarının qurulması ilə yaddaqalan oldu.

Zaman keçdikcə Səudiyyə Krallığının region ölkələri ilə münasibətləri çoxşaxəli xarakter almağa başladı.

Son illərdə iqtisadi əməkdaşlıq xətti sürətlə inkişaf edir. Xüsusən 2017-ci ildə Məhəmməd ibn Salman varis elan olunduqdan sonra o, Krallığı İrana qarşı regionun mərkəzi dövləti etmək barədə qərar verdi. Krallıq Tacikstana və Qazaxıstana fəal şəkildə sərmayə qoyur, Çinin “bir qurşaq, bir yol” layihəsinə investisiya qoymaqla orada mühüm yer tutmağa, İranın bu layihədə aparıcı rol almamasına  çalışır.

İyul ayında Qazaxıstan prezidenit Kasım Jomart Tokayev Ər-Riyada səfər etdi. Astana üçün sərmayə mənbəyi kimi mühüm rol oynayan Səudiyyə də bu ölkənin təbii ressurslarının istismarında maraqlıdır. Ölkənin sürətlə inkişaf edən Çin bazarına yaxın olması səudiyyə biznesmenləri üçün gözəl sərmayə imkanları açır.

Bundan başqa Səudiyyə İranla sərhəddə yerləşən Türkmənistanla əməkdaşlıq edir. Ər-Riyad türkmən qazını Hindistana nəql edəcək Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPİ) kəmərinin tikintisini maliyyələşdirib.

Tacikstana gəlincə, bu ölkənin İranla olan fikir ayrılığı Düşənbəni Səudiyyə ilə daha sıx əlaqələr qurmağa vadar edib. Səudiyyə tez-tələsik Tacikstanın bir neçə infrasturktur layihələrini -su elektrik stansiyalarını maliyyələşdirdi, sosial proqramları dəstəklədi. Bundan başqa İslam İnkişaf Bankı ölkənin cənub hissəsində yeni magistral yolun tikintisi üçün lazımi maliyyə ayırdı. Bunun əvəzində Ər-Riyad İranla dil və mədəni  yaxınlığı olan bu ölkədə Tehranın nufuzuna  qarşı güc qoymaq şansı əldə etdi.

Tezliklə münasibətlər siyasi müstəviyə keçdi: Ər-Riyad 2015-ci ildə Düşənbəni özünün yaratdığı antiterror koalisiyasına üzv olmağa inandıra bildi.

Anti-Rusiya sanksiyaları fonunda Səudiyyə Ərəbistanının sərmayə resursları neft qiymətlərinin “oynaması” ilə bağlı problemlər yaşayan Mərkəzi Asiya ölkələrinin inkişafını dəstəkləmək üçün gözəl imkandır. Bu ölkələr iqtisadiyyatlarını diversifikasiya etməli, öz resurslarına söykənərək neft və qazın rolunu aşağı salmalıdır.

Səudiyyə Krallığına gəlincə, regiona təklif etdiyi iqtisadi imkanlara baxmayaraq İranla rəqabət onun fəaliyyətində aparıcı motiv olaraq qalır.

İrana qarşı güc balansı

İranın Şanxay Əməkdşalıq Təşkilatına üzvlüyü Tehrana öz nufuzunu Mərkəzi Asiyada və Əfqanıstanda genişləndirmək imkanları yaradır. İran Mərkəzi Asiya ölkələrinə çoxlu qiymətli aktivlər- regional iqtisadi dəhlizlər, həmçinin enerji və texnologiya ötürülməsi üçün infrastruktur təqdim edib. Bu baxımdan qeyd etmək olar ki, İranın Mərkəzi Asiyada iqtisadi nufuzunun simvollarından Tacikstandakı Sanqtudin su -elektrik stansiyasıdır. Bu SES İran şirkətləri tərəfindən tikilib və idarə olunur.

Qazaxıstanda 2014-cü ildə Cənubi-Xəzər dəmir yolunun açılması ilə İranla ticarətin həcmi artıb. Qırğızsıtnda tərəflər 2016-cı ildə 10 il müddətinə əməkdaşlıq sazişi imzalayıblar. İqtisadi Əməkdaşlıq Təşkilatının sentyabrdakı sammitində İran Türkmənistan və Azərbaycanla qaz mübadiəsi sazişi imzalayıb. Bu sazişə görə, Aşqabad hər il İrana Bakıdan keçməklə  1,5-2 milyard kubmetr qaz ixrac edəcək

Özbəkistanla da İran arasında əməkdaşlıq inkişaf edir. Sentyabr ayında 18 ildən sonra İran prezidentinin Özbəkistana səfəri zamanı tərəflər müxtəlif sahələr üzrə əməkdaşlıq sazişi imzalayıblar.
Belə olan halda Mərkəzi Asiya ölkələrinin həm Ər-Riyad, həm də Tehranla münasibətləri daim dərinləşir, amma bu iki ölkə arasında kəskin rəqabət regionu geopolitik münaqişə meydanına çevirir. 
Moskvanın hesabına Pekinin də regionda iqtisadi və siyasi rolunun artmasına baxmayaraq  bu fakt aydındır ki, bölgə əvvəlki kimi Rusiyanın siyasi-iqtisadi və mədəni təsiri altında qalmaqdadır. Mərkəzi Asiya ölkələrinin liderləri isə yenə də təhlükəsizlik sferasında Rusiyanın mövcudluğundan asılıdırlar.
Bu şərtlər daxilində Səudiyyə Ərəbistanı öz məqsədlərinə çatmaq üçün imkanlar tapa bilib. BVF-nin açıqlamasına görə, Səuidyyənin iqtisadiyyatı bu il 7,6 faiz artacaq. Bu isə ölkəni əlavə maliyyə resursları ilə təmin edəcək və sərmayə yatırmaq imkanlarını genişləndirəcək.
Ər-Riyadın Mərkəzi Asiyada fəal rol oynamaq arzusu regional geopolitik situasiyadan doğur. Burada “bir qurşaq, bir yol” təşəbbüsü ilə çıxış edən Pekinin nufuzu, “soyuq müharibə”dən sonra mədəni və dil əlaqləri sayəsində yaranmış iqtisadi əməkdaşlıqda Ankaranın rolu, həmçinin ABŞ-ın regionu Qərblə ticarətə istiqamtləndirən “yumşaq güc”ü hiss olunur.
İndi əsas məsələ odur ki, Mərkəzi Asiya Səudiyyə və İran layihələrinin kəsişdiyi zonaya çevrilib. Krallıq İrandakı hazırkı vəziyyətdən istifadə etməyi zəruri hesab edir. Ər-Riyad isə sabitlik, firavnalıq və Vaşinqtondan müstəqillik nümayiş etdirir. Bu isə onu Çinlə iqtisadi nufuzunu bölmək imkanı olan sahələrə sövq edir. Xüsusən Rusiyanın getdikcə azalan rolu və İranda pisləşən siyasi-iqtisadi vəziyyət fonunda bu daha cəlbedici görünür.
Bu baxımdan Səudiyyə Ərəbistanı Mərkəzi Asiyada qarşılıqlı əlaqələrin yeni regional və qlobal səviyyəsinə çıxıb. Yaxın zamanlarda biz biləcəyik ki, Rusiyanın rolunun azalmasını konpensasiya etməyə çalışan, eyni zmaanda Çin monopoliyasının qurbanı olmaq istəməyən regiona hansı faydaları gətirəcək.
Azpost.info
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.