Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Alimlər açıqladı: Bu saatlarda edilən işlər sağlamlığınızı gücləndirir!

Orkhan Ali 17 Yanvar 2026 - 18:41 (Last updated: 17 Yanvar 2026 - 11:56)
Saat

Saat

Müasir həyat ritmi çox insanı bədəninin təbii bio saatına qarşı hərəkət etməyə vadar edir. AzPost xəbər verir ki, həkim və alimlərin son araşdırmalarına əsasən, insan orqanizminin müəyyən saatlarda fərqli funksiyaları daha aktiv olur. Bu isə sağlamlıq üçün ən uyğun vaxtlarda müxtəlif işlərin görülməsini zəruri edir.

Mütəxəssislər bildirir ki, səhər saat 6-8 arası bədənin stress hormonu kortizol yüksək olur və bu vaxt fiziki aktivlik üçün ideal saatlardır. Yüngül səhər yürüşü və nəfəs məşqləri orqanizmi günə hazırlamağa kömək edir. Saat 8-10 aralığı isə beynin daha aktiv işlədiyi dövrdür və intellektual işlər, yazı, plan qurmaq üçün ən yaxşı vaxt hesab olunur.

Saat 12-dən sonra həzm sistemi maksimum fəaliyyətdə olur. Məhz bu vaxt nahar etmək, protein və liflə zəngin qidalar qəbul etmək tövsiyə edilir. Araşdırmalar göstərir ki, saat 14:00-da bədən temperaturu yüksəlir və əzələlər elastik olur. Bu səbəbdən, idman və gəzinti üçün ən münasib vaxt sayılır.

Axşam saat 17-19 arasında isə insan bədənində refleks və koordinasiya güclənir. Mütəxəssislər bu saatlarda qısa idman məşqlərinin daha effektiv olacağını vurğulayır. Saat 21-dən sonra isə melatonin hormonu ifraz olunur və bədən yuxuya hazırlanır. Alimlər yuxu rejiminin pozulmaması üçün bu saatdan sonra mobil cihazlardan uzaq qalmağı məsləhət görür.

Bioloji saat qaydalarına əməl edən insanların immun sisteminin daha güclü olduğu, ürək-damar problemlərinin isə azaldığı müəyyən edilib. Həkimlər isə hər kəsi şəxsi bio saatına uyğun həyat tərzi qurmağa çağırır.

AzPost.az

Post navigation

Previous: Psixoloji sağlamlıq vərdişləri: 9 qızıl qayda
Next: Telefonunuzu viruslardan necə qorumaq olar –

Oxşar xəbərlər

AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17
qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.