Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Qəddafi 2009-cu ildə Ukrayna müharibəsinin proqnozunu necə verib? –

User 28 May 2025 - 18:46 (Last updated: 28 May 2025 - 17:07)
Qəddafi

Qəddafi

Rusiya -Ukrayna müharibəsi bu gün bütün dünya sistemini dağıdan bir münaqişəyə çevrilib. Bir ilə yaxındır ki, davam edən hərbi əməliyyatlar özü ilə dünya siyasətinə ciddi problemlər gətirib.

Maraqlıdır ki, bu qarşıdurmanın olacağı ilə bağlı hələ illər əvvəl bəzi proqnozlar verilib. Həmçinin münaqişənin gələcəyin ən ciddi beynəlxaq qalmaqalına çevriləcəyini yazanlar da olub.

Onlardan biri də Liviya dövlətinin sabiq lideri Müəmmər Qəddafi olub. 2008-ci ildə Rusiya və Ukraynaya səfər edən Qəddafi hər iki ölkənin dövlət başçıları ilə görüşüb. Bu, Qəddafinin SSRİ dağıdıqdan sonra bu ölkələrə ilk səfəri olur.

Vətənə qayıtdıqdan sonra Qəddafi o zaman da yaxşı olmayan Rusiya-Ukrayna münasibətlərinə baxışını əks etdirən məqalə yazır.

2009-cu ilin may ayında Liviya liderinin Rusiyanın “Vremya novostey” nəşrinə göndərdiyi bu məqaləsində bir sıra maraqlı məqamlar yer alıb. Qəddafi Rusiya-Ukrayna arasında yaşanan problemin dünya üçün ciddi təhlükə yaratdığını bildirir və bunun gələcəkdə dünya gücləri arasında qarşıdurma yaradacağını  qeyd edir.

AzPost  2009-cu ildə yazılmış bu yazını oxuculara təqim edir:

“Dünya xalqları və öz xalqım üçün təhlükəsiz dünya yaratmaq üçün dünya siyasətinə az-çox  təsir imkanımdan çıxış edərək, ciddi beynəlxalq problem haqqında öz fikrimi bildirmək istəyirəm. Bu probelmin müsbət çözüləcəyinə ümid edirəm. 

Bu məqaləmdə mən Ukrayna məsələsinə toxunmaq istəyirəm. Hesab edirəm ki, bu, ciddi problemdir.

Bu gün Ukrayna – müstəqil, suveren dövlətdir, BMT-nin üzvüdür. Ancaq bu, ukraynalılar üçün kifayət deyil. Nə üçün? Bunun səbəbi Ukraynanın və regionun tarixində gizlənir. Min il əvvəl Rusiya və Ukrayna yox idi, əvəzində Kiyev Rus dövləti vardı. Öz tarixləri ilə fəxr edən ukraynalılar deyirlər ki, Ukrayna beşik olub, ancaq birgə tarixləri rus qardaşlarına Ukraynanı müstəqil dövlət kimi qəbul etməyə  imkan verməyib.

Ukraynalılar həmçinin deyirlər ki, onların tarixi müstəqillik uğrunda apardıqları çoxillik mübarizələrin tarixidir. Ukraynalılar beş dəfə müstəqilliyə nail ola biliblər. Amma qısa müddətə… Niyə? Ona görə ki, müstəqilliklərinin qarantı olmayıb. Ukraynalılar deyirlər ki, birinci müstəqil dövlətləri cəmi 6 ay yaşayıb, ikincisi 3 ay. Rusiyanın rəsmi mövqeyinə görə, Ukraynaın müstəqilliyinə heç bir etiraz etmirlər. Ruslar Ukraynanı müstəqil, suveren, qonşu və qardaş respublika kimi görürlər. Bəs məsələ nədədir? Niyə bu, belə ciddi problemə çevrilib?

Problem qarantiyadadır. Ukrayna, keçmişdə olduğu kimi, müstəqilliyini itirməmək üçün qaranta möhtacdır. Amma bu qarant Rusiya üçün çox çətin və təhlükəli məsələdir.

Təhlükəli olan da budur: Rusiya özünün müstəqilliyi  üçün təhlükə saydığı məsələni Ukrayna öz təhlükəsizliyinə və müstəqilliyinə qarant hesab edir.

Bu, problemin əsl köküdür.

Tamamilə aydındır ki, Ukrayna Avropa İttifaqına və NATO-ya birləşmək istəyir. Ukrayna bunu özünün müstəqilliyi üçün möhkəm qarant görür. Əslində isə bu qarant başqa dövlətə qarşı deyil, Rusiyaya qarşı yönəlib.

Ruslar deyir ki, Ukraynanın tələb etdiyi qarant Rusiyanın təhlükəsizliyi  üçün ciddi mesajdır. Rusların fikrincə, madam ki, Rusiya Ukraynanın müstəqilliyini tanıyır, o zaman belə qarant tələb etmək lazımsızdır.

Hər iki tərəfin tutduğu mövqedən asılı olmayaraq, məsələ çox ciddidir və özündə böyük problem saxlayır. Əgər NATO Ukraynaya gəlsə, bu o deməkdir ki, Alyans artıq Moskvanın “qapısını döyəcləyir”. Düşmən əgər qapını döyürsə, ya sən ona qapını açmalısan, ya da sındıracaq.

Bu isə potensial təhlükə deməkdir. Digər tərəfdən, Ukrayna bacısı Rusiyanı sakitləşdirir ki, konstitusiya Ukrayna torpağında əcnəbi hərbi baza saxlamağa imkan vermir, buna görə də Moskva narahat olmamalıdır.

Rusiya isə hesab edir ki, təhlükə bazanın olub-olmamağında deyil. Məsələ odur ki, NATO Ukrayna torpağında bazalarsız da mövcud olacaq. Ukrayna ordusu isə belə vəziyyətdə bu qüvvələrin bir hissəsinə çevriləcək.

Belə vəziyyət isə Rusiya üçün məqbul deyil. Ona görə ki, bu, bilavasitə onun təhlükəsizliyinə aiddir.

Ukraynalılar təsdiq edirlər ki, onlar yalnız öz müstəqillikləri üçün beynəlxalq qarant istəyirlər. Bununla da Rusiyaya qarşı hər hansı təhlükə yaratmırlar.

Ukraynalılar deyirlər ki, Rusiya üçün heç vaxt təhlükə mənbəyi olmayacaqları barədə öhdəlik  əks olunmuş sənədi imzalamağa hazırdırlar.

Amma ruslar hesab edirlər ki, Ukraynanın Rusiyaya qarşı düşmən mövqeyində olan NATO-ya birləşməsi elə özü artıq təhlükədir.

Bundan başqa, digər problemlər də mövcuddur. Onlar ikinci dərəcli olsa da pisdirlər. Əgər onlar həll olunmasa, nəticələri pis ola bilər. Ancaq onların həlli yolunda böyük çətiniliklər durur. Onların arasında Tuzla adası, kontinental şelf, sərhədlərin demarkasiyası, Rusiya hərbi bazasının yerləşdiyi Sevastopol şəhəri, 1932-33-cü illərdəki Qolodomor… Həmçinin Krım yarmadası ilə bağlı problem də mövcuddur.

Ukrayna probleminin ümumi şəkli belə görünür.

SSRİ dağıldıqdan sonra Rusiyaya və Ukraynaya etdiyim ilk səfərdən sonra mən bu məsələləri qaldırmaq istədim və bütün tərəflərdən bunun aydınlaşdırılmasını istədim.

Bəlkə, ola bilsin, bu, bütün dünyaya ziyan vuracaq qərarın qəbul edilməsindən əvvəl situasiyanı və onun nəticələrini düzgün qiymətləndirməyə kömək edəcək.

Bu dünyanın taleyi mənim ölkəmi və bütün xalqları narahat edir. Burada hər iki maraqlı tərəf ziyan görə bilərlər. Bu tərəflər isə dünya arenasında ən mühüm oyunçulardır. Bunlar Rusiya, Avropa İttifaqı və NATO-dur. Onların toqquşması beynəlxaq təhlükəsizliyə və sülhə zərbə vuracaq”.

X. SƏFƏROĞLU

 

AzPost.az

Post navigation

Previous: “Siz danışmaqdan başqa nə iş görmüsünüz?” –
Next: Neandertallar “homo sapiens”lərlə cinsi əlaqəyə görə yoxa çıxıblar? –

Oxşar xəbərlər

AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17
qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.