Ermənistan XİN başçılarının sabaha planlaşdırılan görüşündən imtina etdi

İrəvan Laçın dəhlizindəki vəziyyətlə əlaqədar Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşünün təxirə salınmasını xahiş edib.

Azpost.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

XİN rəhbərlərinin sabah sülh müqaviləsinin hazırlanması ilə bağlı görüşü planlaşdırılırdı.

Bir gün əvvəl İrəvan BMT Təhlükəsizlik Şurasını mövcud humanitar vəziyyəti qiymətləndirmək üçün Qarabağa missiya göndərməyə, həmçinin Azərbaycanın hərəkətlərini pisləməyə çağırıb.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.