Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxs məhkəmə zalında vəfat edib.
Bu barədə APA-ya vəkil Adəm Məmmədov xəbər verib.
Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən 1960-cı il təvəllüdlü Şəmil Qədimovun ürək tutmasından keçindiyi bildirilib.
Məlumata görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə onun qəflətən halı pisləşib.
Şəmil Qədimov həbsdə deyilmiş.