Naxçıvanda qızıl oğurlayan 32 yaşlı qadın tutuldu

Dekabrın 31-də Naxçıvan şəhərində ticarət mərkəzlərinin birindən qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən  verilən xəbərə görə, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 1990-cı il təvəllüdlü, şəhər sakini Günay Hüseynova müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar davam etdirilir.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.