FIFA-dan “Qalatasaray” klubuna qadağa

Beynəlxalq Futbol Federasiyası (FIFA) Türkiyənin “Qalatasaray” klubuna müvəqqəti transfer qadağası qoyub.

Türkiyə KİV-ləri xəbər verir ki, buna səbəb İstanbul təmsilçisinin yarımmüdafiəçi Lukas Torreyranın transferi zamanı onun menecerinə ödəniş etməməsidir.

Bundan sonra ali futbol qurumuna müraciət edən menecer istəyinə çatıb. Yarımmüdafiəçi 18 min 500 dollarlıq ödənişi etdikdən sonra qadağa aradan qalxacaq.

Qeyd edək ki, Lukas Torreyra cari mövsümün əvvəlindən “Qalatasaray”da çıxış edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.