Almaniya qərar verdi- Ukraynaya 14 ədəd “Leopard 2” tankı göndəriləcək

Almaniya Nazirlər Kabineti Ukraynaya “Leopard 2” tanklarını göndərəcəyini rəsmən bəyan edib.

Azpost.info xəbər verir ki, bu barədə hökumət nümayəndəsi Şteffen Hebeştray bildirib.

Berlin digər dövlətlərə də zirehli döyüş maşınlarını Kiyevə təkrar ixrac etməyə icazə verəcək.

“Federal hökumət Ukrayna silahlı qüvvələrini “Leopard 2” döyüş tankları ilə təmin etmək qərarına gəlib. Almaniya öz ehtiyatlarından “Leopard 2”ni Ukraynaya göndərmək istəyən tərəfdaş ölkələrə də icazə verəcək”, – Hebeştray qeyd edib.

Nazirlər Kabineti ilk mərhələdə Ukraynaya Bundesver ehtiyatlarından 14 “Leopard-2-AG” göndərəcək. Almaniyanın hərbi yardımı maddi-texniki təchizat, sursat və tanklara texniki xidmət məsələlərinin həllini nəzərdə tutur.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.