“TikTok” Rusiyanın feyk xəbər yayan 1700 səhifəsini bloklayıb

“TikTok” şəbəkəsi Rusiyanın bot şəbəkəsinin 1700 akkauntunu bloklayıb. 

Azpost.info Bloomberg-ə istinadən bildirir ki, bu səhifələr Avropa ölkələrindən olan istifadəçilər arasında Ukrayna müharibəsi ilə bağlı dezinformasiya yayırdı.

Akkauntlar Almaniya, İtaliya, Britaniyadan olan istifadəçilərə istiqamətlənibmiş. Rusiyadan işləyən bu şəbəkə yerli dillərdə feyk xəbərlər yayıb. Bloklanan səhifələrin ümumilikdə 133 min abunəçisi olub.

Azpost.info

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.