Adil Qeybulla Bəxtiyar Hacıyevi ziyarət edib

“Bəxtiyar Hacıyevin vəziyyəti qənaətbəxş deyil”.

Bunu fevralın 17-də həbsdə 39 gündür aclıq aksiyası keçirdiyi deyilən ictimai fəal Bəxtiyar Hacıyevə baş çəkən həkim Adil Qeybulla Azadlıq Radiosuna bildirib.

Onun sözlərinə görə, Hacıyev ona təklif edilən sistemdən imtina edib:

“Vəziyyətini yaxşı hesab etmək olmaz. Çəki itirib”.

Professor Adil Qeybulla bundan əvvəl də Hacıyevin yaxınlarının rəsmi qurumlara müraciətindən sonra onu həbsdə müayinə edib.

Hələlik onun açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.