Hakerlər Müsavat TV-nin Youtube kanalını ələ keçirib

Müsavat TV-nin Youtube kanalı haker hücumuna məruz qalıb.

Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu deyib ki, saat 23 radələrində əvvəlcə kanalın bağlı olduğu email ünvanı ələ keçirilib. Daha sonra isə kanal ələ keçirilib və videolar silinməyə başlanılıb.

Rauf Arifoğlu deyib ki, bu, kanalın çökdürülməsinə hesablanmış sui-qəsddir: “Artıq Prezident Administrasiyası və DTX-ya müraciət edilib. Kanalın geri qaytarılmasına və kiber hücumu edənlərin aşkarlanmasına çalışırıq”

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.