20 nömrəli məktəb-liseydə zəhərlənən uşaqlar ambulator müalicə üçün evə buraxılıb- TƏBİB

Bakı şəhərində 20 nömrəli məktəb-liseydə zəhərlənmə hadisə ilə əlaqədar TƏBİB-in tabeliyində fəaliyyət göstərən Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasında müalicə alan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstrəilidikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sualını cavablandıraraq deyiblər.

Xatırladaq ki, aprelin 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseyin bufetində toyuq əti yeyən uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub. Məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım çağırılıb, şagirdlər dərhal müvafiq səhiyyə müəssisəsinə çatdırılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.