Çin Ukraynadakı müharibə ilə əlaqədar dünya avtomobil istehsalçılarının Rusiyanı tərk etməsindən öz xeyrinə istifadə edib.
Azpost.info xəbər verir ki, 2022-ci ilin sonunda Çin avtomobil sənayesinin nümayəndələri Rusiya bazarına 162 min avtomobil tədarük edib ki, bu da bir il əvvəlkindən 33,4 faiz çoxdur.
“Rusiya bazarında Çin brendlərinin payı sürətlə 7 faizdən 19,2 faizə yüksəlib. Müəssisələr arasında əməkdaşlıq modelləri şaxələndirilib”, – Çinin Rusiyadakı səfiri Çjan Hanhui deyib.
Eyni zamanda, o qeyd edib ki, Rusiyada istehlak tələbi potensialı böyükdür: “Yüksək elm və texnologiya intensivliyi və yaxşı qiymət-keyfiyyət nisbəti ilə Çin mallarına tələbat daim artır. Rusiya bazarında “Made in China” etiketli malların getdikcə daha çox olacağına ümid edirəm”.
2022-ci ilin sonuna qədər qlobal avtomobil istehsalçılarının kütləvi şəkildə getməsindən sonra Rusiyada 60 avtomobil markasından yalnız 14-ü qalıb. Onlardan da üçü yerli (Lada, GAZ və UAZ), qalanları Çinə məxsus markalardır: Chery, Geely, Haval, Jac, Faw, Dongfeng, Changan, Exeed, Gac, Foton, Omoda.
Azpost.info