Laçın-Xankəndi yolundakı aksiya 137 gündür davam edir

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

 

Şuşa rayon ərazisində hava şəraitinin qeyri sabit keçməsinə baxmayaraq ictimai fəallar, aksiyanı gecə boyu da davam etdirib. Aksiya iştirakçıları 137-ci günə də Azərbaycan dövlət himnini səsləndirməklə başlayıb.

 

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb, 137 gündür davam edir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.