Bakıda “Formula 1” daha 3 il keçiriləcək –QƏRAR

Formula 1 yarışları 2026-cı ilə qədər Azərbaycanda davam edəcək.

Bu barədə müqaviləni Formula 1 prezidenti Stefano Dominikali və gənclər və idman naziri Fərid Qayıbov imzalayıb.

 

“Formula 1 Azərbaycan Qran-Prisinin təşkili ölkəmiz üçün qürur mənbəyidir. Yarış daha üç il azarkeşlərimizi ruhlandırmağa və həyəcanlandırmağa davam edəcək” – deyə gənclər və idman naziri Fərid Qayıbov Formula 1 Azərbaycan Qran-Prisinin 2026-cı ilədək ölkəmizdə keçirilməsi barədə danışarkən deyib.

Nazir bildirib ki, Bakıda təşkil olunan son altı yarışda ən yaxşı və ən dramatik anlar yaşanıb. Növbəti üç il ərzində yerli və əcnəbi F-1 azarkeşləri gözəl anlar yaşayacaqlar. Bugünkü razılaşma 100-dən çox ölkədən rekord sayda azarkeşi qəbul etdiyimiz yarış həftəsonuna təsadüf etdi. Bunu xüsusi əhəmiyyətli etmək üçün bu günü seçdik.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi 2026-cı ilədək Formula 1 təqvimində qalacaq. Bu barədə tərəflər arasında müqavilə imzalanıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.