Magistral su kəmərində qəza olub –Bakının bəzi ərazilərində su olmayacaq

Kür-Bakı magistral su kəmərində qəza baş verib.

“Azərsu” ASC-dən verilən məlumata görə, qəzanın aradan qaldırılması işlərinin aparılması ilə əlaqədar Bakı şəhəri Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə, həmçinin Hacıqabul rayonunun magistral kəmərin marşrutu boyu yerləşən kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.