“Nəticələrin tələsik elan olunması milli iradənin qəsb edilməsidir” –Ərdoğan tvit yazdı

Türkiyə prezidenti Ərdoğan Tvitterdə seçkilərlə bağlı paylaşım edib. 

Azpost.info bildirir ki, Ərdoğan 14 may seçkilərinin demokratiya layiqli şəkikdə sülh və əmin-amanlıq içində keçməsi Türkiyənin demokratik yetkinliyinin ifadəsi olduğunu bildirib.

“Seçki belə müsbət və demokratik şəraitdə keçdiyi, səslərin hesablanması hələ də davam etdiyi halda, nəticələrin tələsik elan olunmasına cəhd milli iradənin qəsb edilməsi deməkdir. Biz sevinirik ki, xalqımızın rəğbəti davam edən səslərin sayılmasında öz əksini tapır. Bütün dostlarımdan və həmkarlarımdan xahiş edirəm, nə olursa olsun, nəticələr rəsmən yekunlaşana qədər seçki qutularında qalsınlar.
Demokratiya naminə səs verən, seçki işində iştirak edən bütün vətəndaşlarımı təbrik edir, onların hər birinə öz təşəkkürümü bildirirəm”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.