Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Brüsseldə hansı uğurlar əldə olunub? –

User 14 May 2023 - 23:25 (Last updated: 21 May 2025 - 20:15)
İLHAM BRUS02
Azərbaycan, Ermənistan, Aİ formatında növbəti görüş bundan əvvəlki üçtərəfli dialoqda olduğu kimi rəsmi Bakının lehinə başa çatdı. Xoş haldır ki, son iki görüşdə, həm Blinken, həm də Mişel Azərbaycanın tələblərini məqbul hesab edib və barışmalı olublar.
Söhbət nədən gedir?
1. Qarabağ Azərbaycanın daxili işidir.
Şarl Mişelin bəyanatında deyilir – ” Biz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin hüquq və təhlükəsizliyi məsələsinə dair fikir mübadiləmizi davam etdirdik. Mən Azərbaycanı beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq yolu ilə bu əhalinin hüquq və təhlükəsizliyini təmin etmək üçün müsbət gündəliyin işlənib hazırlanmasında iştirak etməyə təşviq etdim”.
I. Keçmiş Dağlıq Qarabağ vilayəti ifadəsindən istifadə edən Mişel beləcə separatçıların istəklərini gözlərində qoydu. Bununla da, Şarl Mişel Qarabağın Azərbaycanın daxilində inzibati rayon olduğunu təsdiqləmiş oldu.
II. Ermənistanın danışıqlarda Qarabağla bağlı əsas istəyi – beynəlxalq təşkilat və ya aktorların Bakı – Xankəndi arasında danışıqlarda iştirakını leqallaşdırmaq ( hüquqi sənədlə təsdiqləməkdir). Lakin, bugünkü danışıqlarda bir daha Azərbaycan prinsipiallıq nümayiş etdirərək bu tələbi rədd edib. Rəsmi Bakı öz ərazisindəki ermənilərlə dialoqda üçüncü tərəfə tribuna təqdim edilməsinə etiraz etmir. Lakin, Bakı ė ATƏT – in Minsk qrupu təcrübəsini nəzərə alaraq kiminsə danışıqlarda iştirakını kağızda həkk etməyəcək.
2.Azərbaycan və Ermənistan bir – birinin ərazi bütövlüyünü tanıyır.
Bu dəfə məhz rəqəmlərdən istifadə edilməsi Ermənistanın ərazi bütövlüyü ilə bağlı bugünə qədər apardığı manipulyasiyaya son qoyur.
Qeyd edilir ki, Ermənistan Azərbaycanın 86.6 min kv km ərazini tanıyır . Vəssalam.
Beləcə, bizim üçün ən əsas iki məsələ ilə bağlı Paşinyan razılaşıb. Paşinyan Qarabağ ermənilərinin Azərbaycanın tərkibində hüquq və təhlükəsizliklərinə təminatı istəyir.
3. Delimitasiya- demarkasiya.
Mövzu ilə bağlı baxış bucaqları tam olaraq oturuşmayıb. Bugünkü görüşdə Paşinyan 1975 – ci ilin xəritəsinə uyğun olaraq sərhədlərin müəyyənləşməsi və dəqiqləşdirilməsində israr edib. Lakin, rədd cavabı alıb. Bu ifadə qəbul olunmayıb.
Əlavə edim ki, delimitasiya – demarkasiya məsələsi indiki halda o qədər də təcili mpvzu deyil, bu Ermənistanın daha çox narahat olduğu mövzudur. Məlum məsələdir ki, hətta münasibətləri əla vəziyyətdə olduğu dövlətlər arasında belə delimitasiya – demarkasiya uzunmüddətli proses kimi müəyyən vaxt tələb edir.
4.Zəngəzur dəhlizi.
Dəmiryolu ilə bağlı nəhayət Paşinyanla müsbət dialoq baş tutub. Avtomobil yolu ilə bağlı Aİ, ABŞ , İran və Rusiya arasında baxışların toqquşmasını və yerdəki reallıqları nəzərə alsaq yaxın perspektivdə dəmiryolu xəttinin açılmasının müzakirəsi daha rasionaldır. Elə buna görə də, dəmiryolunun açılması ilə bağlı ilkin razılaşma var.
5. Mişel Laçın yolu, Laçın rayonu və Azərbaycanın aprel ayında Laçın – Ermənistan sərhəddində keçid məntəqəsinin qoyması ilə bağlı məsələyə toxunmayıb.
Bu onun göstəricisidir ki, separatçıların və Ernənistandakı bəzi dairələrinin ah – naləsinə baxmayaraq beynəlxalq ictimaiyyət Azərbaycanın Laçın rayonunun girişinə keçid məntəqəsi qoymasını tam qanunauyğun sayır.
Beləliklə, Brüsseldə bağlı qapılar arxasında Paşinyan Azərbaycanın şərtləri ilə razılaşıb, bu dəfə daha konkret nəticələr əldə edilib. Lakin, gözlənilən odur ki, Paşinyan daha bir müddət vaxtın uzadılması ilə məşqul olacaq
Zaur Məmmədov 
Politoloq

Post navigation

Previous: “Nəticələrin tələsik elan olunması milli iradənin qəsb edilməsidir” –
Next: Seçkilərin ikinci tura qalmaq ehtimali böyükdür –

Oxşar xəbərlər

tofiq zülfüqarov
  • Siyasət

“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov

User 31 Oktyabr 2026 - 10:48
hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27

xƏBƏR

messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
Lionel Messi milyonların izlədiyi futbol ulduzudur. Meydanda çox vaxt sözlərə ehtiyac duymayan argentinalı futbolçu şəxsi həyatı və...
Read more about Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları
Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü moped
  • Kriminal

Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü

User 31 Oktyabr 2026 - 14:17
Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL islahat
  • Baş Yazı

Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL

User 31 Oktyabr 2026 - 14:03
Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək? Azərbaycanda vəkillərin
  • Baş Yazı

Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək?

User 31 Oktyabr 2026 - 13:43
Noyabrın 1-nə olan hava proqnozu hava proqnozu haqqında
  • Sosial

Noyabrın 1-nə olan hava proqnozu

User 31 Oktyabr 2026 - 13:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.