“Şəxsimə qarşı törədilmiş terror aktına dərhal həssaslıqla yanaşan ölkə prezidentinə və Birinci vitse-prezidentə təşəkkürümü çatdırmaq istəyirəm”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, bu cür hadisələr dövlət üçün çalışan insanları qorxutmaq gücündə deyil: “Bu ünsürlərin zərərsizləşdirilməsi onu göstərir ki, Azərbaycan dövlətinə qarşı bu cür addımlar nəticə verməyəcək”. (APA)