Al Paçino sevgilisi Nur Alfalladan atalıq testindən keçməsini tələb edib

83 yaşlı məşhur amerikalı aktyor Al Paçino 29 yaşlı sevgilisi  Nur Alfalladan atalıq testindən keçməsini tələb edib.

Azpost.info bildirir ki, bu barədə PageSix portalı məlumat verib.

İnsayderlərin sözlərinə görə, sənətçinin səhhətində ciddi problemlər var. O, uzun müddətdir ki, sonsuz olduğuna əmindir, ona görə də qızın uşağını dünyaya gətirmək ehtimalı yoxdur.

Mənbələr bildirir ki, Alfallanın hamilə olması xəbəri aktyoru narahat edib.

Bundan əvvəl Al Paçinonun dördüncü dəfə ata olacağı barədə xəbər yayılıb. Məlumatda bildirilirdi ki, onun yaxın əlaqədə olduğu Nur Alfalla səkkiz aylıq hamilədir. Xəbərdə uşağın cinsiyyəti açıqlanmırdı.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.