Azərbaycan boksçusu Avropa Oyunlarında finala yüksəlib

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.

Apasport.az saytının məlumatına görə, +92 kq çəki dərəcəsində çıxış edən dünya çempionatının mükafatçısı finala gedən yolda Nelvi Ram Tiafakla (Almaniya) qüvvəsini sınayıb.

Görüş boksçumuzun inamlı qələbəsi ilə başa çatıb. Abdullayev rəqibini 4:1 (29:28, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə məğlub edərək, çempionluq şansını davam etdirib.

O, finala çıxmaqla Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı da rəsmiləşdirib. Bu, boksçularımızın Fransada təşkil olunacaq Olimpiadaya ikinci vəsiqəsi olub. Ondan öncə Murad Allahverdiyev (80 kq) bu uğura yiyələnib.

Qeyd edək ki, Allahverdiyev Avropa Oyunlarının bürünc medalına da qazanıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.