London Arxeologiya Muzeyinin tədqiqatçıları Bedfordşirdə bu yerlərin qədim sakinləri tərəfindən qazılmış 25 dərin çuxur aşkar ediblər.
Azpost.info bildirir ki, bu tapıntı barədə bazar ertəsi The Guardian məlumat yayıb.
Bu çuxurlar mezolit dövrünə (Orta Daş Dövrü) – 12-6 min il əvvələ aiddir.
“Biz Britaniyanın başqa yerlərində, o cümlədən Stounhenc bölgəsində ovçu-toplayıcılar tərəfindən qazılmış böyük və sirli çuxurlara rast gəlsək də Lynmerdəki çuxurlar öz sayı və yerləşdikləri geniş ərazi ilə diqqəti çəkir”-deyə Sauthemton universitetinin mütəxəssisisi Coşua Pollard deyib.
Eni 5 m-ə, dərinliyi isə 1,85 m-ə çatan bu çuxurların dairəvi forması və sıldırım kənarları var. Bəziləri içəriyə doğru genişlənir. Ayrı-ayrı çuxurların içərisində arxeoloqlar əhşi öküz sümüklərini tapıblar.
Arxeoloqlar hələlik bu çuxurlardan ovçuluq yaxud ərzaq anbarı üçün istifadə edildiyi barədə bir söz deyə bilmirlər. Tədqiqatçılar qeyd edirlər ki, tapılan obyektlər uzunluğu 500 metrə çatan düz xətlər əmələ gətirir. Onlar qurumuş çay yataqları boyunca yerləşirlər.
Nəşrin yazdığına görə, belə böyük çuxurların yaradılması qədim insanlardan xeyli zəhmət tələb edirdi. Çuxurların suyun yanında yerləşməsinin ritual və ya başqa simvolik mənası ola bilər.
Arxeoloqlar bu cür çuxurların yaradılmasının gün dönümü kimi hər hansı əsas təbii hadisə ilə əlaqəli olub-olmadığını, onların eyni vaxtda və ya müxtəlif dövrlərdə qazılıb-qazılmadığını araşdırırlar.
Azpost.info