“Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktı İranın məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən çox ciddi şəkildə araşdırılır”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.
Nazir Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin tezliklə bərpa olunacağına ümid etdiyini deyib.
Prezident İlham Əliyev öz növbəsində Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktında müqəssir olan şəxslərin layiqli cəzasını alacaqlarına ümidvar olduğunu bildirib.