AXCP “Siyasi partiyalar haqqında” yeni qanunun tələb etdiyi 5 min nəfərlik üzvlərinin reyestrini Ədliyyə Nazirliyinə təqdim edib.
Azpost.info bildirir ki, bu barədə partiyanın sədri Əli Kərimli məlumat verib.
Partiya sədri deyib ki, mövcud qanunla razı olmasalar da “Siyasi partiyalar haqqında” yeni qanun fakt olaraq mövcuddur və tətbiq olunur: “Partiyanın ali kollegial orqanı partiyanın hüquqi qeydiyyatını qoruyub saxlamaq üçün bu imkandan da istifadə etməyə qərar verdi”-deyə Ə.Kərimli bildirib.
Onun sözlərinə görə, Ədliyyə Nazirliyinə təqdim edilmiş üzvlərin anket siyahısı onların hər birinin razılığından sonra hazırlanıb.
Həmin üzvlərin adları partiya üzvlərinin vahid reyestrinə daxil edilib və Ədliyyə Nazirliyinə təhvil verilib.
Qeyd edək ki, AXCP ötən ay özünün qurultayını keçirib.
Azpost.info