“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Sloveniyanın “Olimpiya” klubu ilə qarşılaşması Azərbaycanda yayımlanmayıb.
Bu barədə klub “Facebook” səhifəsində paylaşım edib.
“Hörmətli azarkeşlər, “Olimpiya” – “Qarabağ” qarşılaşmasının yayım hüququnun öhdəliyini “İdman Azərbaycan” kanalı öz üzərinə götürüb. Lakin texniki səbəblərdən “İdman Azərbaycan” bu oyunu canlı yayımlaya bilmir.
Yayımla bağlı məsuliyyəti birbaşa “İdman Azərbaycan” kanalı daşıyır”, – deyə məlumatda vurğulanıb.