Humanitar yükün Xankəndinə aparılması üçün sülhməramlılarla danışıq aparılır-VİDEO

Bakıdan Xankəndiyə göndərilən humanitar yük avtomobilləri Rusiya sülhməramlı qüvvələrinin Ağdam-Xankəndi yolu üzərində yerləşən postuna çatıb.

40 ton un yüklənmiş iki avtomobilin Xankəndinə çatdırılması üçün Rusiya sülhməramlıları ilə danışıqlar aparılır.(APA)

“Humanitar məqsədimizlə bağlı Rusiya sülhməramlı qüvvələrinin zabitinə məlumat verildi. O da öz növbəsində komandanlığına məruzə edəcək”.

Bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev hadisə yerində olan jurnalistlərə bildirib.

Ceyhun Mirzəyev deyib ki, humanitar yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün hazırda sülhməramlıların cavabını gözləyirlər.

“Nə vaxt cavab verəcəkləri bilinmir. Cavab alındıqdan sonra məlumat açıqlanacaq”, – deyə o bildirib.

Qeyd edək ki, ki, yük Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən göndərilib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.