Azərbaycan atleti Balkan çempionatında medal qazanıb

Türkiyənin Sivas şəhərində 18 yaşadək atletlər arasında Balkan çempionatı keçirilir.

Bu gün mübarizəyə qoşulan təmsilçilərimizdən İlahə Quliyeva uğurlu çıxışla yadda qalıb.

O, 400 metr məsafəyə qaçışda 56.54 saniyə nəticə ilə yarışın gümüş medalını qazanıb.

Nüvə itələmə növündə mübarizə aparan Səkinə Hacızadə isə 13.85 metr nəticə ilə yeniyetmələr arasında Azərbaycan rekordunu yeniləyib. Hacızadə yarışda 7-ci yeri tutub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.