Məşhur rusiyalı aktyor Yuri Stoyanov baş ağrısı şikayətləri ilə xəstəxanaya yerləşdirilib.
Azpost.info bildirir ki, bu barədə “Baza” teleqram akanlı məlumat yayıb.
Müayinə nəticəsində ona hipertoniya diaqnozu qoyulub.
66 yaşlı xalq artistinin yüksək ağırlaşma riski olan hipertoniya diaqnozu ilə terapiya şöbəsinə yerləşdirilib. Onun müntəzəm dərman müalicəsinə ehtiyacı olduğu bildirilir.
Sağlamlığını qoruması üçün həkimlər dərmanlardan əlavə Stoyanova israrla həyat tərzini dəyişdirməyi tövsiyə edirlər.