“Tərtər işi” ilə bağlı 18 nəfər cinayət məsuliyyətinə cəlb edilib- Baş Prokurorluq

Baş Prokurorluq tərəfindən hərbi qulluqçuların işgəncələrə məruz qalması ilə bağlı cinayət işləri ilə bağlı istintaq aparılır.

Bunu Baş Prokurorluğun “instaqram” sosial şəbəkəsindəki səhifəsində canlı yayım zamanı İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.

O bildirib ki, Baş Prokuror Kamran Əliyev tərəfindən bu işinin istintaqı Baş Prokurorluq İstintaq şöbəsinə həvalə edilib.

İş üzrə yenidən istintaq qrupları yaradılıb, araşdırmalar və dindirilmələr həyata keçirilib:

“Araşdırmalar zamanı 4 cinayət işi üzrə 18 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Hazırda müəyyən faktlarla bağlı araşdırmalar aparılır. Əvvəllər bu iş üzrə cinayət məsuliyyətinə cəlb olunan 45 nəfər barəsində araşdırma aparılıb və bir çoxu barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilib”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.