Yevlaxda elektrik transformatorunu və naqilləri ildırım vurub

Qeyri-sabit hava şəraiti nəticəsində Yevlax rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Yevlax Rayon Fövqəladə Hallar Komissiyasından AZƏRTACa bildirilib ki, sentyabrın 10-da saat 03:55 radələrində ildırım çaxması nəticəsində rayonu elektrik enerjisi ilə təmin edən naqillərə və elektrik avadanlıqlarına ciddi ziyan dəyib, rayonun 5 yaşayış məntəqəsində (Yevlax şəhərinin 1 hissəsi, Varvara, Balçılı, Ağqıraq, Cırdaxan kəndləri) 2600-ə yaxın abonentin elektrik enerjisi ilə təchizatında fasilə yaranıb.

“Yevlax Elektrik Şəbəkə”nin əməkdaşları tərəfindən elektrik enerjisinin verilməsinin bərpası istiqamətində işlər davam etdirilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.